XƏBƏRLƏR / Hadisə

Qvatemalada avtobus dərəyə aşıb, 51 ölü

“Emisoras Unidas” radiostansiyası məlumat yayıb ki, ölənlərin sayının artacağı gözlənilir

Qvatemalada avtobus dərəyə aşıb, 51  ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

    Bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb.

    Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır.

    Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir.

    Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.