İtaliyanın Milan şəhərində yerləşən qocalar evində baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb.
Yanğında 80-dən çox insan xəsarət alıb. Bu barədə yerli media orqanları məlumat yayıb. Bildirilir ki, gecə saatlarında başlayan yanğının söndürülməsi səhərə qədər davam edib. Qocalar evində olan 160 nəfərdən 81-i xəstəxanalara yerləşdirilib. 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.