XƏBƏRLƏR / Hadisə

Çində yük gəmisində yanğın olub: 25 nəfər ölüb

Göyərtədə 42 nəfər olub, onlardan 12-si təxliyə edilib

Çində yük gəmisində yanğın olub: 25 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:40

    Çində gəmidə baş verən yanğın nəticəsində ölənlərin sayı 25-ə çatıb, 5 nəfər isə itkin düşüb.

    Sinxua agentliyi xəbər verir.

    ***

    15:28

    Çinin Sindao limanında lövbər salmış yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

    Bu barədə Çin mənbələri  məlumat yayıb.

    Gəminin Liberiya bayrağı altında üzən "Ocean Melody" olduğu müəyyən edilib.

    Göyərtədə 42 nəfər olub, onlardan 12-si təxliyə edilib.

    Gəmi Çinin şərq sahillərindəki iri dəniz qovşağı olan Sindao limanında yerləşən "Beihai Shipbuilding Co." tərsanəsində təmirdə olub.

    Çin sədri Si Cinpin təcili olaraq xilasetmə əməliyyatının keçirilməsi və itkin düşənlərin axtarışının təşkil edilməsi barədə göstəriş verib.