XƏBƏRLƏR / Hadisə

Lerikdə "Toyota" markalı avtomobil çaya aşıb, ölən var

DİN xəbər verir

Lerikdə "Toyota" markalı avtomobil çaya aşıb, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

    Hadisə yolun 50-ci kilometrliyində qeydə alınıb. Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi "Pikap" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb. Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.

    İlkin məlumata görə, hadisə yolun qarlı və buzlu olması səbəbindən baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin - İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır.