XƏBƏRLƏR / Hadisə

Qəzaya uğrayan təyyarənin 3 ekipaj üzvü sağ qalıb

Bu barədə məlumatı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib

Qəzaya uğrayan təyyarənin 3 ekipaj üzvü sağ qalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi ölüb.

    Bu barədə məlumatı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev təsdiqləyib.

    “Göyərtədə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Təəssüf ki, 38 nəfər ölüb, 29-u sağ qalıb. 5 ekipaj üzvündən 2 nəfəri ölüb, 3 nəfər sağ qalıb”, - Karabayev deyib.