XƏBƏRLƏR / Hadisə

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

Bu barədə Daxili İşlər Nazirliyinin, Baş Prokurorlugq və Minatəmizləmə Agentliyinin mətbuat xidmətləri məlumat yayıb YENİLƏNİB

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:26

    2005-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 10-u saat 21:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə Ağdərədə minaya düşən şəxslə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

    Bildirilib ki, sol diz oynağının əzilməsi, sol baldır nahiyəsinin açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

    ***

    11:14

    İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

    Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

    Bildirilib ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən, at piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Sərxan Rüstəmzadə yüngül xəsarət alıb.

    Vətəndaş ANAMA-nın əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

    Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

    “ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.