Dominikanda gecə klubunda ölənlərin sayı 226-ya çatıb
Bu barədə ölkənin Fövqəladə Hallar Mərkəzi məlumat yayıb

Dominikan Respublikasında əyləncə məkanının çökməsi nəticəsində ölənlərin sayı artır.
Bu barədə Respublikanın Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.
Dominikan Respublikasında yerləşən "Jet Set" adlı əyləncə məkanının damını çökməsi nəticəsində həyatını itirənlərin sayı 226-ya çatıb.
Hadisə nəticəsində 189 nəfər yaralanıb. Dominikan Respublikasının Fövqəladə Hallar Əməliyyat Mərkəzinin məlumatına görə, axtarış-xilasetmə işlərinə və ailələrə psixoloji dəstək göstərilməsi üçün 4 580 nəfər cəlb olunub.
Qeyd edək ki, Dominikan Respublikasının ən məşhur gecə klublarından biri olan "Jet Setin" damı aprelin 8-də konsert zamanı uçub.