XƏBƏRLƏR / Hadisə

Tbilisidə telekanal binasında yanğın söndürülüb

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib

Tbilisidə telekanal binasında yanğın söndürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tbilisidə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində baş verən yanğın söndürülüb.

    Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

    Yanğının aradan qaldırılmasına 150 yanğınsöndürən və xilasedici, eləcə də 25 texnika cəlb edilib.

    Hadisə nəticəsində zərərçəkən olmayıb.