Azərbaycan XİN Serbiyaya başsağlığı verib
Serbiyanın Novi Sad şəhərində faciə baş verib, 14 nəfər ölüb
Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanın Novi Sad şəhərində baş vermiş faciəvi dağıntı nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.
Bu barədə XİN-in paylaşımında qeyd edilib.
“Serbiyanın Novi Sad şəhərində baş vermiş faciəvi insan tələfatı və çoxlu sayda yaralı ilə nəticələnən dağıdıcı faciə bizi dərindən kədərləndirir yaxınlarını itirənlərin ailələrinə, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb.
Hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.
Əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.
Qəza nəticəsində 14 nəfərin öldüyü, iki nəfərin isə dağıntılar altından sağ çıxarıldığı bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.
Hadisədən sonra ölkədə matəm elan olunub.