Abşeron rayonu ərazisində, Ceyranbatan su anbarının Saray qəsəbəsi istiqamətindəki hissəsindən meyit aşkarlanıb.
Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsinin əməkdaşı, 1959-cu il təvəllüdlü Sumqayıt sakini Mahir Ramazanov olduğu müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun hansı səbəbdən su anbarına düşdüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqədən az