XƏBƏRLƏR / Hadisə

Qubada minik və yük avtomobilləri toqquşub

Yaralılar var

Qubada minik və yük avtomobilləri toqquşub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Quba yolunda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Yolun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük maşını toqquşub.

    İlkin məlumata görə, qəza zamanı minlik avtomobilində olan 5 nəfər ağır xəsarət alıb. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

    Faktla bağlı araşdırma aparılır.