XƏBƏRLƏR / Hadisə

Qızılağac Milli Parkında yanğın

Bu barədə FHN Mətbuat xidmətindən bildirilib

Qızılağac Milli Parkında yanğın
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qızılağac Milli Parkının ərazisində yanğın başlayıb.

    Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.