XƏBƏRLƏR / Hadisə

Azyaşlı uşaq traktoru uşaqlara çırpdı: 2 ölü, 2 yaralı

"TRT Haber"in məlumatı

Azyaşlı uşaq traktoru uşaqlara çırpdı: 2 ölü, 2 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Malatyanın Akçadağ rayonunda azyaşlı uşağın idarə edərkən idarəetməni itirdiyi traktor oynayan uşaqlara çırpılıb. Qəzada bacı-qardaş ölüb, iki uşaq isə yaralanıb.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Yaralı uşaqlar Akçadağ Dövlət Xəstəxanasına və Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

    Akçadağ Dövlət Xəstəxanasına çatdırılan Zelal Yıldırım və Malatya Təhsil və Araşdırma Xəstəxanasına sövq edilən bacısı Ada Yıldırımı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

    Traktor sürən uşaq jandarm nəzarətinə alınıb.

    Qəza ilə əlaqədar istintaq başladılıb.