XƏBƏRLƏR / Hadisə

İrəvanda ağır yol qəzası olub

Xeyli sayda yaralı var

İrəvanda ağır yol qəzası olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın paytaxtı İrəvanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 20 nəfər yaralanıb.

    Bu barədə “Sputnik Armeniya” bildirib.

    “İlkin məlumata görə, müxtəlif xəsarətlər almış 20 yaralı tibbi mərkəzə çatdırılıb”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

    Hadisə “KAMAZ” yük maşını, “MAN” şəhər avtobusu və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə baş verib.