XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə yük avtomobili aşıb, 3 nəfər ölüb

Faktla bağlı araşdırma aparılır

Kəlbəcərdə yük avtomobili aşıb, 3 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Belə ki, hərəkətdə olan "HOWO" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

    Qəza nəticəsində 1984-cü il təvəllüdlü V. Məhərrəmov, 1995-ci il təvvəlüdlü E. İsmayılzadə və 1988-ci il təvəllüdlü T. İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.