XƏBƏRLƏR / Hadisə

Tatarıstanda neft-kimya zavodunda güclü partlayış baş verib

Rusiyanın FHN-nin məlumatına görə, partlayış və yanğın nəticəsində 3 ölü, 58 yaralı

Tatarıstanda neft-kimya zavodunda güclü partlayış baş verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:13

    YENİLƏMƏ: Nijnekamskda zavodda baş verən partlayış nəticəsində üç nəfər həlak olub. Daha 58 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Zavoddakı yanğın artıq lokallaşdırılıb.

    Zavodda partlayış nəticəsində Nijnekamsk sakinlərinin əmlakına ziyan vurulub. Pəncərələr yerlərindən çıxıb, çərçivələr çatlayıb.

    Partlayışdan sonra hava keyfiyyəti izlənilir və ətraf mühit və ya yaşayış üçün hələ heç bir təhlükə barədə məlumat verilməyib.

    ***

    15:43

    Tatarıstandakı "Nijnekamskneftekhim" zavodunda bartlayış və yanğın baş verib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, yanğının qarşısının alınması işləri davam etdirilir.

    Yanğından sakinlər və ya ətraf mühit üçün hələ heç bir təhlükə qeydə alınmayıb.

    Şirkətin məlumatına görə, "Nizhnekamskneftexim"də baş verən yanğına avadanlıqların nasazlığı səbəb olub. Xəsarət alanlar var və say müəyyənləşdirilir.

    Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "Nizhnekamskneftexim"də baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 52 nəfər xəsarət alıb.

    Şəhər aeroportunda təyyarələrin qəbuluna və uçuşuna məhdudiyyətlər qoyulub.