XƏBƏRLƏR / Hadisə

Dərnəgüldəki yanğında 1 nəfər ölüb

Bu barədə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib

Dərnəgüldəki yanğında 1 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Küləkli hava, yüksək gərginlikli elektrik xətləri Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğının söndürülməsini çətinləşdirib.

    Bu barədə jurnalistlərə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib.

    O, qeyd edib ki, saat 05:41-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında FHN-ə yanğın olması barədə məlumat daxil olub: "Dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksək çağırışlı elan etməklə, 2 saylı çağırış elan edib. Havanın küləkli olması, həmçinin yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib".

    Bildirilib ki, küləkli hava yonqarları geniş sahəyə yayıb və yanğın yerində 3 mənbə yaranıb:."Hazırda bütün istiqamətlərdə yanğın sahəsi tam əhatəyə alınıb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğının sahəsi təxminən 4 min kvadratmetrə yaxındır".

    Taxta materialların ərazidən çıxarılması yüksək temperatur səbəbindən çətinlik yaradıb.

    TƏBİB-dən isə bildirilib ki, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində bir şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Bir şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.