XƏBƏRLƏR / Hadisə

Ermənistanda yol qəzasında 11 nəfər ölüb FOTO

Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti xəbər verir

Ermənistanda yol qəzasında 11 nəfər ölüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İrəvan-Gümrü avtomobil yolunda baş verən dəhşətli qəzada 11 nəfər ölüb. Məlum olub ki, avtobusda olan sərnişinlər Türkiyəyə alverə gedib qayıdan Ermənistan sakinlləridi.

    Avqustun 14-də Şirak rayonunda böyük və faciəli avtomobil qəzası baş verib. Saat 00:30 radələrində İrəvan-Gümrü avtomobil yolunun 90-cı km-də, Ləncik kənd inzibati ərazisində "Volkswagen Crafter" markalı minik avtomobilləri ilə "ZİL" markalı yük avtomobilləri üz-üzə toqquşub. Toqquşma nəticəsində 11 nəfər ölüb, 6 nəfər son dərəcə ağır diaqnozlarla Gümrü Tibb Mərkəzinə yerləşdirilib. Dəhşətli qəza nəticəsində 6 nəfər reanimasiya şöbəsindədir, onlardan 5-nin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti isə son dərəcə ağırdır.

    Ölənlərin bir qismi xilasedicilər tərəfindən xüsusi avadanlıqlar vasitəsilə böyük çətinliklə “Volkswagen”dən çıxarılıb.

    Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti xəbər verir ki, Lancik kəndi yaxınlığında “Volkswagen” markalı mikroavtobus və “ZiL” markalı yük maşını toqquşub. Daha 6 nəfər xəstəxanalara yerləşdirilib.