Quba-Qusar yolunda dəhşətli qəza
Baş verən qəza ilə bağlı 4-ü azyaşlı olmaqla 19 nəfər xəstəxanaya yerləşdirilib
Quba - Qusar yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Quba Rayon Mərkəzi Xəstəxanasına (15 böyük, 4 azyaşlı) yerləşdirilib.
Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində qəzada xəsarət alan vətəndaşlara tibbi xidmət göstərilir. Vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilir.
Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, avtobusda 22 nəfər olub.
Qəzada xəsarət alan şəxslərin adları:
Xudat şəhər sakini, 2002-ci il təvəllüdlü Pirəliyev Təhmin Cabir oğlu,
Qusar rayon sakini, 2000-ci il təvəllüdlü Babayeva Ayşən Mirbaba qızı,
Qusar rayon sakini, Vəlibəyova Validə Seydulla qızı,
Bərdə rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədova Arzu Nəsir qızı,
Qusar rayon sakini, 1998-ci il təvəllüdlü Hacıyeva Familə Hadı qızı,
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Yarəliyeva Ramella Əhmədşah qızı,
Bakı şəhər sakini Yarəliyeva Aynurə,
Bərdə rayon sakini, 1940-cı il təvəllüdlü Mamedova Şövkət Heydər qızı,
1973-cü il təvəllüdlü Hüseynova Gül Əhliman qızı,
Qaradağ rayon sakini, 1990-ci il təvəllüdlü Nərimanov Elnur Əlibaba oğlu,
Qusar rayon sakini, 1949-cu il təvəllüdlü Heybətova Zina Mmircuban qızı,
Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Babayeva Əhədulla Cansubar oğlu
Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Pirəhmədova Albina Elsevər qızı və
Qusar rayon sakini, 2002-ci il təvəllüdlü Müslümova Sabrina Carulla qızı,
Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Səlimov Fərhad Qılıc oğlu
Uşaqlar - Yarəliyeva Riana, Yarəliyev Rövşən, Yarəliyev Ramil, Yarəliyev Röyal