Ağsuda dağlıq ərazidə yanğın davam edir VİDEO

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • 22:00

    Ağsu bölgəsində meşə yanğını tüğyan edir.

    Yanğını söndürmək üçün hadisə yerinə təcili yardım xidmətləri gəlib.

    Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.

    ***

    15:16
    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

    Əlavə məlumat veriləcək.