XƏBƏRLƏR / Hadisə

Şimali Kiprdə baş verən gəmi qəzasında daha 2 cəsəd tapılıb

Qəza nəticəsində ölənlərin sayı 17-yə çatıb, 11 nəfər isə hələ də itkin düşüb

Şimali Kiprdə baş verən gəmi qəzasında daha 2 cəsəd tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş Nazirliyi avqustun 30-da Girne sahillərində baş verən gəmi qəzası ilə bağlı sualtı axtarış əməliyyatları zamanı daha iki nəfərin cəsədinin tapıldığını açıqlayıb.

    Cəsədlər gəminin qəzaya uğradığı yerdən təxminən 1000 metr aralıda və 570 metr dərinlikdə tapılıb.

    Bəyanatda cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün lazımi prosedurların başlandığı qeyd edilib: “Dövlət olaraq, itkin düşmüş sərnişinlərimizi tapana qədər axtarış işlərini davam etdirəcəyik. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk və onlara səbr və güc diləyirik”.

    Xatırladaq ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 17 nəfər ölüb, 11 nəfər itkin düşüb, 237 nəfər xilas edilib.