XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə traktor minaya düşüb, yaralı var YENİLƏNİB

Hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb

Kəlbəcərdə traktor minaya düşüb, yaralı var YENİLƏNİB
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 22:30

    Kəlbəcərdə traktorun minaya düşməsinin bəzi təfərrüatları məlum olub.

    Minaya düşən traktor Kəlbəcər rayonunda kəndarası yolun çəkilişini aparan şirkətlərdən birinə məxsus olub. Elə hadisə də görülən iş zamanı qeydə alınıb.

    Qeyd edək ki, xəsarət alan 1989-cu il təvəllüdlü R.Əsədov xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş hesab edilir.

    ***

    20:10

    Kəlbəcərdə mina hadisəsi baş verib.

    Hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.

    Belə ki kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.