XƏBƏRLƏR / Hadisə

Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti açıqlanıb

YENİLƏNİB

Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:05

    Mayın 31-i saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, şəxsə sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib: "Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

    ***

    15:05

    Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

    Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş, Goranboy rayonunin Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

    Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

    ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

    ***

    14:22

    Goranboyda 45 yaşlı kişi minaya düşüb.

    Hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində qeydə alınıb.

    Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.

    Məlumata görə, Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.

    Faktla bağlı araşdırma aparılır.