XƏBƏRLƏR / Hadisə

Ağdam və Xocavənddə açıq ərazidə yanğın baş verib

FHN xəbər verir

Ağdam və Xocavənddə açıq ərazidə yanğın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.