XƏBƏRLƏR / Hadisə

Füzulidə ağır qəzada DİN-in 3 əməkdaşı ölüb, 6-sı yaralanıb

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib

Füzulidə ağır qəzada DİN-in 3 əməkdaşı ölüb, 6-sı yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.