XƏBƏRLƏR / Hadisə

Rusiyanın Amur Qaz-Kimya Kompleksində yanğın baş verib

5 nəfər ölüb YENİLƏNİB

Rusiyanın Amur Qaz-Kimya Kompleksində yanğın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:23

    Amur qaz-kimya kompleksinin ərazisindəki yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

    Bu barədə Rusiya mənbələri bildirib.

    Xəsarət alanların ümumi sayı 132 nəfərə çatıb. Hazırda Svobodnı şəhər xəstəxanasına 19 nəfər çatdırılıb.

    Yaralılardan altısı ağır, daha 13-ü isə orta ağır vəziyyətdədir. Bundan əlavə, 113 nəfər müayinə üçün xəstəxanaya çatdırılıb.

    ***

    14:53

    Avqustun 25-də tikintisi davam edən Amur Qaz-Kimya Kompleksinin (AGXK) ərazisində genişmiqyaslı yanğın baş verib.

    Bu barədə "RBC-Ukrayna" "ASTRA" Telegram kanalına istinadən məlumat verir.

    Amur Qaz-Kimya Kompleksi Rusiyanın "SIBUR" və Çinin "Sinopec" şirkətlərinin Amur bölgəsindəki birgə investisiya layihəsidir.

    İnvestorlar onun dünyanın ən böyük baza polimerlərinin istehsalı zavodlarından birinə çevriləcəyini gözləyirldiər.

    Son məlumatlara görə, Amur Qaz-Kimya Kompleksində baş verən yanğın nəticəsində 104 nəfər xəsarət alıb.

    "Mash" Telegram kanalının xəbərinə görə, bir Çin vətəndaşı ölüb.