XƏBƏRLƏR / Hadisə

Aşağı Güzdəkin boya zavodunda 6 nəfər zəhərlənib

FHN xəbər verir FOTO / VİDEO / YENİLƏNİB

Aşağı Güzdəkin boya zavodunda 6 nəfər zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:34

    Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fabrikdə baş verən yanğında 6 kişi tüstüdən zəhərlənib.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, 6 kişi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar.

    Onlardan birinə sağ əlin yanığı, birinə isə özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib.

    ***

    14:15

    Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

    ***

    11:50

    Yerli sakinlərin məlumatına görə, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın artıq söndürülüb.

    VİDEO

    ***

    11:09

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

    FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.