Pakistanda xəstəxanada yanğın: 15 yeni doğulmuş körpə ölüb
Azərbaycan XİN 15 körpənin ölümü ilə bağlı Pakistana başsağlığı verib YENİLƏNİB
17:27
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Tibbi Elmlər İnstitutunun doğum şöbəsində baş verən yanğında 15 körpənin ölümü ilə bağlı Pakistana başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında başsağlığı mesajı yayımlanıb.
Mesajda baş verən faciəvi yanğının dərin kədər hissi doğurduğu bildirilib və həlak olanların ailələrinə başsağlığı verilib, Pakistan hökuməti və xalqı ilə həmrəylik ifadə olunub.
***
11:04
Pakistanda xəstəxanada baş verən yanğında ən azı 15 yeni doğulmuş körpə ölüb.
Bu barədə Geo TV kanalı təcili yardım xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Hadisə paytaxt İslamabadda baş verib. Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) doğum şöbəsində kondisioner kompressoru partlayıb, ardınca yanğın baş verib.
Məlumatda deyilir ki, "Hadisə nəticəsində ən azı 15 yeni doğulmuş körpə ölüb".
Yalnız bir körpə sağ qalıb.
Yanğın hazırda söndürülüb. Lakin xilasedicilər hələ də hadisə yerində işləyirlər.



1 dəqiqə