XƏBƏRLƏR / Hadisə

İranda kimyəvi məhsullar anbarında güclü partlayış olub

3 min 500 kvadratmetr sahəsi olan anbar üçün istifadə edilən dam örtüyü tamamilə yanıb

İranda kimyəvi məhsullar anbarında güclü partlayış olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Tasnim News” xəbər verir ki, bu gün səhər saatlarında Tehran-Kərəc yolunda yerləşən kimyəvi məhsullar anbarında güclü partlayış baş verib. VİDEO

    Məlumata görə, Tehran Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsinin sözçüsü Seyid Cəlal Mələki partlayışdan dərhal sonra hadisə yerinə yanğınsöndürən briqadaların və texnikanın göndərildiyini açıqlayıb. 

    O, bildirib ki, 3 min 500 kvadratmetr sahəsi olan anbar üçün istifadə edilən dam örtüyü tamamilə yanıb. 

    Qeyd olunub ki, hələlik yanğının qarşını almaq mümkün olmayıb və hadisə nəticəsində bir nəfər xəsarət alıb.