XƏBƏRLƏR / Hadisə

Hacıqabulda minik avtomobili TIR-la toqquşub, iki nəfər ölüb

Hadisə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissədə baş verib

Hacıqabulda minik avtomobili TIR-la toqquşub, iki nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hacıqabulda ağır yol nəqliyyat hadisəsi olub.

    Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.

    KIA markalı avtomobilinin yük maşını (TIR) ilə toqquşması nəticəsində iki nəfər ölüb.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.