XƏBƏRLƏR / Hadisə

AZAL-ın təyyarəsi İranda məcburi eniş edib

Bu barədə İran mətbuatı yazır

AZAL-ın təyyarəsi İranda məcburi eniş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran mətbuatı yazır ki, Həcc ziyarətindən qayıdan zəvvarları daşıyan “Azərbaycan Hava Yolları” QSC-nin “Airbus A320” təyyarəsi 35 yaşlı kişinin vəziyyətinin pisləşməsi ilə əlaqədar dünən saat 18:58-də Rəşt şəhərinin Sərdar-e Cənqol beynəlxalq hava limanına məcburi eniş edib.

    "Ekipaj tibbi xəbərdarlıq elan edib və təcili eniş tələb edib. Nəzarət xidməti təhlükəsiz enişi təmin edərək hərəkətləri tez bir zamanda əlaqələndirib. Hadisə yerində təcili tibbi yardım briqadası fəaliyyət göstərirdi və sərnişin dərhal xəstəxanaya yerləşdirilib".