XƏBƏRLƏR / Hadisə

İstanbulda bina çöküb, dağıntılar altında ölən var VIDEO

Hadisənin başvermə səbəbləri hələ məlum deyil

İstanbulda bina çöküb, dağıntılar altında ölən var VIDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:00

    İstanbulda uçan binanın sahibi saxlanılıb

    Yerli media binanın damında qanunsuz tikinti aparıldığını yazır.

    ***

    13:35

    VIDEO

    İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altında qalan son bir nəfər də yaralı olaraq çıxarılıb. Binada olan bütün vətəndaşların çıxarılması ilə axtarış-xilasetmə işləri başa çatdırılıb.

    Dağıntılar altından ümumilikdə səkkiz nəfər yaralı, bir nəfər isə ölü çıxarılıb.

    Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun Küçükçükmece rayonunda yerləşən üçmərtəbəli yaşayış binası çöküb. Bina 1988-ci ildə inşa edilib.

    Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

    ***

    12:45

    Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.

    Bu barədə TRT Haber məlumat yayıb.

    Bu barədə jurnalistlərə yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak bildirib.

    Axtarışlar davam etdirilir.

    ***

    11:45

    Istanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb, onlardan 2-nin vəziyyəti ağırdır.

    Bunu İstanbul valisi Davut Gül deyib.

    Bildirilib ki, iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

    Qeyd olunub ki, bina 1988-ci ildə inşa edilib.

    Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

    Qeyd edək ki, hadisə yerli vaxtla saat 08:40 radələrində Küçükçükmece rayonunda baş verib.