XƏBƏRLƏR / Hadisə

Özünü damdan atan gənc yaşlı kişinin başına düşdü

Hər iki şəxs aldıqları xəsatərlərdən hadisə yerində ölüblər

Özünü damdan atan gənc yaşlı kişinin başına düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda inithar hadisəsi 2 nəfərin ölümünə səbəb olub.

    Hadisə Nizami rayonu ərazisində yerləşən hündürmərətəbli binalardan birində baş verib.

    23 yaşlı Yaşar Orucov özünü binanın 16-cı mərtəbəsindən atıb. Həmin zaman, həyətdə olan 52 yaşlı Namiq Məmiyevin üzərinə düşüb.

    Hər iki şəxs aldıqları xəsatərlərdən hadisə yerində ölüblər.

    Faktla bağlı araşdırma aparılır.