XƏBƏRLƏR / Hadisə

Türkiyədə işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Hadisə nəticəsində biri ağır olmaqla 30 nəfər yaralanıb

Türkiyədə işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Manisa vilayətində işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

    Hadisə nəticəsində biri ağır olmaqla 30 nəfər yaralanıb.

    Əkinçiliklə məşğul olan işçiləri daşıyan mikroavtobus İstanbul-İzmir yolunun Soma-Savaştepe hissəsində minik maşını ilə toqquşub.

    Zərbənin təsirindən mikroavtobus aşıb.

    Yaralılar xəstəxanay yerləşdirilib, qəza ilə bağlı araşdırmalara başlanılıb.