"28 May" stansiyasına qatar yoluna düşən sərnişin ölüb”
Bunu "Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
"28 May" stansiyasına qatar yoluna düşən sərnişin ölüb”.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”.
Bundan başqa, o, bilidirib ki, hal-hazırda bəzi stansiyalara sərnişinlərin daxil ola bilməməsi ilə bağlı məlumatlar var:
"Bu da mövcud vəziyyətlə əlaqədardır. Qısa müddət ərzində hərəkət bərpa olunacaq".
Qeyd edək ki, "28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşməsi barədə xəbər yayılmışdı. Xətlərdə yubanma müşahidə olunur.