Xırdalanda fərdi yaşayış evində yanğın söndürülüb VİDEO

FHN xəbər verir YENİLƏNİB

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:18

    Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən tam söndürülüb.

    Bu barədə FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

    ***

    13:26

    Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

    Əlavə məlumat veriləcək.