Venesuelada neft-kimya zavodunda partlayış baş verib
Bu barədə "Reuters" xəbər yayıb
"Reuters" agentliyinin məlumatına görə, Venesuelada neft-kimya zavodunda partlayış baş verib.
Hadisə dövlətə məxsus PDVSA-ya məxsus "Petrocedeño" neft emalı bölməsinə təsir edib. Partlayış distillə sütununda baş verib və böyük yanğına səbəb olub.
Partlayışın səbəbi hələ rəsmi olaraq müəyyən edilməyib. PDVSA yanğınsöndürənlərinin bir neçə saat ərzində yanğını lokallaşdırdığı və söndürdüyü bildirilir. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
1 dəqiqədən az