XƏBƏRLƏR / Hadisə

Mədinə yaxınlığında baş verən avtomobil qəzasında 42 ölü

Hindistandan olan zəvvarları daşıyan avtobus Məkkədən Mədinəyə gedən yanacaq tankeri ilə toqquşub

Mədinə yaxınlığında baş verən avtomobil qəzasında 42 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığında baş verən avtomobil qəzasında 42 nəfər həlak olub.

    "The Times of India" qəzetinin məlumatına görə, Hindistandan olan zəvvarları daşıyan avtobus Məkkədən Mədinəyə gedən yanacaq tankeri ilə toqquşub. Toqquşma nəticəsində avtobus alovlanıb.

    Qırx iki zəvvar həlak olub, biri sağ qalıb. Ölənlər arasında 20 qadın və 11 uşaq var. Onların əksəriyyəti Hindistanın Haydarabad şəhərinin sakinləri olub.