XƏBƏRLƏR / Hadisə

Ermənistanda korpus komandiri qovuldu

Ermənistan prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb

Ermənistanda korpus komandiri qovuldu
Vahram Qriqoryan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda İkinci ordu korpusunun komandiri Vahram Qriqoryan tutduğu vəzifədən azad edilib.Müvafiq fərmanı prezident Vaaqn Xaçaturyan imzalayıb. Bu barədə "Sputnik Armenia" xəbər verib.

    Vahram Qriqoryan Həsrbi hissədə baş vermiş yanğınla bağlı işdən çoxarılıb.

    Yanvarın 19-da gecə saat 01:15 radələrində Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin mühəndis-istehkamçılar rotasının binasında qeyri-müəyyən şəraitdə yanğın baş verib. İlkin məlumata görə, 15 hərbçi ölüb, 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir.