Qazaxıstanda faciə: 9-u uşaq olmaqla 12 nəfər yanğında ölüb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev başsağlığı verib FOTO
Qazaxıstanın Türküstan bölgəsində baş verən yanğında doqquz uşaq da daxil olmaqla on iki nəfər həlak olub.
Qonşuların sözlərinə görə, evdə qonaqlar olub. Şəxsi evdə baş verən yanğın 360 kvadratmetr ərazini əhatə edib. Səhər tezdən yanğın binanı bürüyüb.

Yanğınsöndürmə işləri zamanı evdən huşsuz vəziyyətdə olan üç nəfər təxliyə edilib və təcili yardım briqadasına təhvil verilib. On iki nəfərin meyiti tapılıb.
Qazaxıstanın cənubunda baş verən yanğında ölən ən kiçik uşaq 2024-cü ildə anadan olub.
Yerli hakimiyyətin məlumatına görə, 2009, 2010, 2012, 2015, 2017, 2021 və 2019-cu il təvəllüdlü uşaqlar da ölüb.

Evdə iki ailə var idi: valideynlər və uşaqlar. Uşaq hüquqları üzrə ombudsmanı Dinara Zəkiyeva bildirib ki, Türküstan bölgəsindəki fərdi evdə baş verən yanğın zamanı dam uçub.
Həlak olan uşaqların beşi eyni ailədən olub: üç qız və iki oğlan. İkinci ailədən 2018-ci il təvəllüdlü bir qız sağ qalıb. İki yeniyetmə isə reanimasiyadadır.
Qazaxıstan Prezidenti başsağlığı verib. Tokayev hökumətə və regional qubernatora ailələrə bütün lazımi yardımı göstərməyi və faciənin səbəbini müəyyən etməyi tapşırıb.
1 dəqiqə