Pakistanda məscid yaxınlığında partlayış: 31 ölü YENİLƏNİB
Partlayış cümə namazı zamanı baş verib FOTO
09:13
Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölənlərdən 16-sı polis əməkdaşıdır. Bundan başqa hadisə zamanı 100-dən çox insan yaralanıb.
Bundan başqa terrorçularla baş verən atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları altı yaraqlı zərərsizləşdirib.
***
18 sentyabr 2026-cı il
20:40
Pakistanın şimal-qərbində məscid yaxınlığında baş verən partlayış nəticəsində azı 21 nəfər, o cümlədən 15 polis ölüb.
Bu barədə "Geo News" telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, daha 103 nəfər yaralanıb.

Partlayış bu gün Xayber-Paxtunxva əyalətinin Kohat şəhərindəki "Police Lines" kompleksinin ərazisində baş verib. Partlayıcı qurğunu kamikadze-terrorçu işə salıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 6 cinayətkarı zərərsizləşdiriblər. Pakistan hakimiyyəti baş verənləri terror aktı adlandırıb.
***
14:00
Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığındakı partlayış nəticəsində azı 15 nəfər həlak olub.
"The News Pakistan" xəbər verir ki, partlayış cümə namazı zamanı baş verib.

Bildirilib ki, xəstəxanaya 15 meyit və 50-dən çox yaralı çatdırılıb.
Polisin məlumatına görə, məscidin yaxınlığında partlayış nəticəsində çuxur yaranıb. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

Xilasetmə xidmətlərinin məlumatına görə, məscidin xarici hissəsi ciddi şəkildə zədələnib, həmçinin divar uçub. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Kohat dairə xəstəxanasında fövqəladə vəziyyət rejimi elan edilib.
1 dəqiqə