Milli Onkologiya Mərkəzində partlayış olub: 1 ölü, 1 yaralı
Bu barədə yerli mətbuat məlumat yayıb YENİLƏNİB
21:00
Bəzi mənbələr xəbər verirlər ki, xəstə Mübariz Əliyev (xərçəng xəstəsi) həkim Asif Nəsirlinin öldürmək üçün partlayıcı qurğununu işə salıb.
Nəticədə xəstə ölüb həkim isə ağır yaralanıb.
***
15:37
Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.
Kabinetlərin birində partlayış olması barədə məlumatlar yayılıb. Məlumata görə, orada olan xəstə Mübariz Əliyev hadisə yerində həlak olub, bir həkim-radioloq Asif Nəsirli xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.
Hazırda faktla bağlı araşdırma aparılır.
1 dəqiqədən az