XƏBƏRLƏR / Hadisə

Çində kömür mədənində qəza baş verib, 3 nəfər ölüb

Bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb

Çində kömür mədənində qəza baş verib, 3 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Qutu kömür mədənində baş vermiş qəza nəticəsində azı 3 şaxtaçı ölüb, daha 3 nəfər itkin düşüb.

    Bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, fövqəladə hadisə Pekin vaxtı ilə saat 05:40-da Santao kəndində baş verib və ərazidə qaya uçub. Hadisə qaz sızması ilə müşayiət olunub.

    Şaxtada axtarış-xilasetmə işləri başlayıb. Hadisənin səbəblərinin aydınlaşdırılması ilə bağlı araşdırma aparılır.