XƏBƏRLƏR / Hadisə

Türkiyədə avtobus qəzası nəticəsində yaralı sayı 26-ya çatıb

Hadisə Akçadağ rayonunda baş verib YENİLƏNİB

Türkiyədə avtobus qəzası nəticəsində yaralı sayı 26-ya çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 12:08

    Türkiyənin Malatya şəhərindəki ağır yol qəzasında yaralananların sayı 26-ya çatıb.

    Vu barədə “TRT Haber” məlumat yayıb.

    Qeyd olunub ki, avtobusda ümumilikdə 36 nəfər olub.

    ***

    11:01

    Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb, 22 nəfər yaralanıb.

    Hadisə Akçadağ rayonunda baş verib.

    Yaralananlardan üçünün durumunun ağır olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

    Qəzanın səbəbi məlum deyil.