Masallıda ağır yol qəzası: 3 nəfər ölüb,3 nəfər xəsarət alıb
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib

asallıda baş verən ağır qəzada 2-si azyaşlı olmaqla 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, bu gün saat 13:05 radələrində yeni Ələt-Astara yolunun Masallı rayon ərazisindən keçən 122-ci kilometrində hərəkətdə olan 10-RV-404 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yolayrıcı metal səddə dəyərək aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri, ölən və xəsarət alanların sayı və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.