XƏBƏRLƏR / Hadisə

Zaqatalada avtomobil ağaca çırpılıb, ölən var

Hadisə Muğanlı kəndində qeydə alınıb

Zaqatalada avtomobil ağaca çırpılıb, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zaqatalada ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə Muğanlı kəndində qeydə alınıb.

    Kənd sakini 40 yaşlı Elsevər Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

    Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma başlanılıb.