XƏBƏRLƏR / Hadisə

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb FOTO

Ölən və yaralılar var

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    "TRT Haber"ə görə, sənaye bölgəsinə işçi daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

    Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

    Polis, yanğınsöndürmə, təcili yardım və jandarm qrupları hadisə yerinə cəlb olunub. Qəza zamanı yaralanan şəxslər Bartın Dövlət Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.