XƏBƏRLƏR / Hadisə

Beyləqanda qəza baş verib: 3 nəfər ölüb

Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda olub

Beyləqanda qəza baş verib: 3 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beyləqan rayonu ərazisində yük və minik maşını toqquşub, 3 nəfər ölüb.

    Hadisə gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 110-cu kilometrliyində, Beyləqan rayonunun İmamverdili kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə "VAZ" markalı avtomobilin toqquşması zamanı 3 nəfər ölüb.

    Faktla bağlı araşdırma aparılır.