İranda yaşayış binasında partlayış: ölən və yaralananlar var
Bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat verib
İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib.
Bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib.
Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
1 dəqiqədən az