XƏBƏRLƏR / Hadisə

Naxçıvanda baba və 5 nəvəsi dəm qazından zəhərlənib

Faktla bağlı araşdırma aparılır

Naxçıvanda baba və 5 nəvəsi dəm qazından zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.

    Hadisə şəhərin Xətai məhəlləsində baş verib.

    Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.

    Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər.

    Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.